Ələkbərov çəkiliş zamanı yaşanmış faciəyə görə ölüb?

28-03-2018, 10:14           

Görkəmli aktyor Ələsgər Ələkbərov 26 mart 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə Əbilov klubundakı dram dərnəyində, daha sonra Bakı Teatr Texnikumunda təhsil alıb. Bir müddət Bakı Türk İşçi Teatrında çalışıb, burada bir neçə yaddaqalan obraz yaradıb.
Dramatik rolların əvəzsiz ifaçısı olan aktyor teatrda işlədiyi illərdə məşhur aktrisa Hökumə Qurbanova ilə ailə qurub. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib. Amma bir müddət sonra onların ailəsi qısqanclıq üstündə dağılıb.
Aktyor ilk dəfə kamera qarşısında 1927-ci ildə “Vulkan üzərində ev” filmində Əhməd obrazını ifa edib. O, daha sonra “Almaz”, “Uzaq sahillərdə”, “Fətəli Xan”, “Ögey ana”,“Böyük dayaq”və başqa filmlərdə rol alıb.
Ələsgər Ələkbərov 1934-cü ildə Dram teatrına dəvət olunub və burada Vaqif, Otello kimi maraqlı obrazları canlandırıb.
Rejissor Adil İsgəndərov “Vaqif” tamaşasında əsas rolu Ələsgər Ələkbərova həvalə etməklə həm aktyorun, həm də tamaşanın gələcəyi baxımından çox düzgün bir qərar verdi. Adil İsgəndərovun quruluşunda “Vaqif” tamaşası milli teatrda düz 1064 dəfə səhnələşdirildi. Deyilənə görə, Adil İsgəndərov “Otello” tamaşasında baş rolu Ələsgər Ələkbərova verəndə onunla “qanlı-bıçaqlı” imiş. Bu tamaşadan sonra məşhurlaşan Ələsgər Ələkbərov düşmən olduğu Adil İsgəndərov haqqında “Məni o yaratdı” deyirmiş.
Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.