Sovet kinosunun daha bir əfsanəsi vəfat etdi

28-03-2018, 19:38           

Sovet kino və teatr aktyoru, bir sıra mahnıların müəllifi və ifaçısı Oleq Anofriyev həyatının 88-ci ilində vəfat edib.
Kult.az xəbər verir ki, bu barədə RT teleaparıcı Aleksandr Oleşkoya istinadən informasiya yayıb.
Məşhur aktyor uzun müddət davam edən xəstəlikdən sonra dünyasını dəyişib.
“Ən təəccübləndirən və gözəl aktyorlarımızdan biri, uşaqlığımızın səsi idi. Matəm günündə uşaqların qoruyucu mələyi yanlarına uçdu. Bu rəmzi məna daşıyır”, - Oleşko bildirib.
Qeyd edək ki, Oleq Anofriyev 60-a yaxın obrazın ifaçısı olub. O, “Həmkarlar”, “İtirilmiş vaxt haqqında nağıl”, “Al-qırmızı yelkənlər”, “Kisədəki pişik”, “Birinci reys”, “Gözlənilmədən” və “Yenidən yaşamaq lazımdır” kimi filmlərdəki unudulmaz rolları ilə yaddaşlarda qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru