“Soyunanlardan gözəl bədəni olan müğənnilər var” – Aysel

28-03-2018, 19:40           
“Soyunanlardan gözəl bədəni olan müğənnilər var” – Aysel
“Yeni mahnılar yazdırmışam. Hələ ki, iş prosesi gedir. Klip də çəkdirməyi düşünürəm. Son kliplərimi Türkiyəli rejissor çəkib, bu dəfə Bakıda çəkdirəcəyəm. Bəyəndiyim gənc rejissorlar var”.
Bu sözləri musavat.com saytına açıqlamasında müğənni Aysel Əlizadə yaradıcılıq işlərindən danışarkən deyib.
Ifaçı müğənnilərin illər öncə daha cəsarətli olması haqqında səsləndirilən iddialara da cavab verib: “Hər şeyin həddi var. Mən qapalı insan deyiləm, amma açıq-saçıq fotolar çəkdirmərəm. Tamaşaçıların görmək istədiyi çərçivədəyəm. Bədən quruluşu imkan verir deyə soyunmaq düz deyil. Çünki soyunanlardan daha gözəl bədən quruluşu olanlar var. Mən bədən quruluşu gözəl olanların birincisiyəm”.
Aysel ailə ilə sənət arasında seçim etmək istəmədiyini də dilə gətirib: “Ailə mənim üçün müqəddəsdir. Düşünürəm ki, ailə ilə işi qarışdırmaq olmaz. Sənəti atıb, ancaq ailədən danışmaq da düz deyil. Ailə quranda da gərək həyat yoldaşın səni anlasın. İki seçim arasında qalmaq xoş deyil. Mən sənətlə ailə arasında qalsam, ailəni seçərəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.