Azərbaycanlı müğənni: "Qızlarımı 15-16 yaşında ərə verdim" - VİDEO

13-04-2018, 17:27           

ARB TV-nin "Sirdaş Rövşanə” proqramının növbəti qonağı müğənni Zeynəb Dostəliyeva olub.

AZXEBER.COM xəbər verir ki, müğənni proqramda qızlarının evliliklərindən danışıb. Həmçinin 1 qızının yoldaşının ağır xəstə olduğunu söyləyib.

"Nəvələrimin yolunda canımı da qoyaram. Qızımın yoldaşı ağır xəstəlik tapıb. Mədə xərçəngidir. İndi durum qızımı boşatdırım ki, sən yaramırsan, pul gətirmirsən? Övlada ata lazımdır. Qızım özünü ora-bura vurur. Uşağa deyə bilmərik ki, sənin atan pul qazanmır, istədiklərini ala bilmir. Çünki atasının vaxtında olub, gətirib, amma indi xəstədir. Digər qızımın da ailəsində söz-söhbətlər var. Özümüz verdik. Qoymadıq ki, uşaqlar oxusunlar. Qızlarımı verəndə birinin 15, digərinin də 16 yaşı var idi”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru