"Vəhşi mələk" serialından tanınan məşhur aktrisa Nataliya Oreyro təcili xəstəxanaya yerləşdirilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa Tel-Əvivə uçuşu öncəsi özündə kəskin nasazlıq hiss edib. Həkimlər Oreyroya fiziki yorğunluq diaqnozu qoyublar.
Nataliya 2018-ci ilin yayında ekranlara çıxacaq "Re Loca" komediyasının çəkilişlərində iştirak edir.