"Azdrama"dakı mətbuat konfransında QALMAQAL düşdü

11-09-2015, 17:38           
"Azdrama"dakı mətbuat konfransında QALMAQAL düşdü
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən və 143-cü teatr mövsümünün açılışına həsr olunan mətbuat konfransında mübahisə düşüb.

"Report" xəbər verir ki, bir neçə jurnalist Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun konfransda iştirak etməməsinə etiraz ediblər.

Jurnalistlər deyiblər ki, bəzi sənət adamları bir neçə gün bundan əvvəl dünyasını dəyişən xalq artisti İlham Əsgərovun ölümündə teatrın direktoru İsrafil İsrafilovu günahlandırırlar. Onlar İ.İsrafilovun mətbuat konfransına gəlməsini və suallara cavab verməsini istəyiblər.

Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemət jurnalistləri sakitləşdirməyə çalışıb: "Bu mənim mətbuat konfransımdır. Mən bu konfransı yaradıcı mühitdə aparmağı düşünmüşdüm. Siz burda şou yaradırsınız. Mən yaradıcı insanam, qalmaqal adamı deyiləm. Mənim nə məşqlərimdə, nə də ünsiyyətimdə belə şeylər ola bilməz".

A.Nemət jurnalistləri Akademik Milli Dram Teatrı haqda müsbət fikirlərin əks olunduğu yazılar yazmağa çağırıb: "Teatr canlı orqanizmdir. Teatrdan yaxşı şeylər yazın. Bura şou yeri deyil. Çalışın müsbət məsələləri görüb yazın".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru