Məşhur amerikalı dizayner Keyt Speyd intihar edib

6-06-2018, 00:07           
Məşhur amerikalı dizayner Keyt Speyd intihar edib
Tanınmış amerikalı dizayner Keyt Speyd Nyu-Yorkdakı evində ölü tapılıb. APA-nın “Hollywood Reporter”-ə istinadən verdiyi xəbərə görə, polis intihar versiyasını nəzərdən keçirir, 55 yaşlı K.Speydin intihardan qabaq yazdığı məktubunun aşkarlandığı bildirilir. Məktubun mətni hələlik açıqlanmır.

Keyt Speyd “Kate Spade New York” brendinin təsisçisi olub. Moda evi əsasən qadın çantası, geyim və aksessuarların istehsalı üzrə ixtisaslaşır. K.Speyd 2016-cı ildə “Frances Valentine” yeni brendini yaradıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru