“Maşın” şounun ən baş ağrıdan iştirakçısı yarışı tərk etdi – VİDEO

7-06-2018, 09:02           

“Maşın” şouda növbəti mübarizə baş verib.

Minval.info xəbər verir ki, səsverməyə çıxan teleaparıcı Mətanət Əliverdiyeva hədəf olaraq Aytən Səfərovanı seçib.

Amma şou davam edən zaman Mətanətin qərarsız olması digər iştirakçıları narahat edib. Bu zaman əsəbləşən Mətanət Əliverdiyeva deyib ki, onun hədəfi artıq Aytən deyil. O, ümumiyyətlə xanımlara toxunmayacağını bildirib.

Bu da onun şounu tərk etməsinə səbəb olub. Belə ki, o, özündən çox əmin olub, 4 kişi rəqibini özünə rəqib seçdi. Sonda 24.66 faiz səs toplayan şounun ən çox baş ağrısı yaradan iştirakçısı üçün maşın əldən getdi.

Beləliklə Mətanət Əliverdiyeva üçün “Maşın” şou bir külək idi, əsdi keçdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru