Qəzaya düşən müğənni Eltonla bağlı - Xəstəxanadan açıqlama

7-06-2018, 13:14           
Qəzaya düşən müğənni Eltonla bağlı - Xəstəxanadan açıqlama
1 saylı Şəhər Kliniki Xəstəxanası müğənni Elton Hüseynəliyevin səhhəti ilə bağlı açıqlama verib.

Xəstəxanadan AzNews.az-a verilən məlumata görə, sənətçi müayinə olunub və evə buraxılıb:

“Həkimlər baxdı, vəziyyəti yaxşı idi. Heç bir zədə almayıb. Ona görə də evə buraxıldı”.

Qeyd edək ki, müğənni Elton Hüseynəliyev səhər saatlarında yol qəzasına düşüb. O, idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı, "İnfiniti" markalı avtomobillə Səbail rayon yol-patrul xidmətinin 99 YP 253 dövlət nömrə nişanlı xidməti maşınına çırpılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru