Mir Şahin bəzi sirləri açdı: 3 aydan sonra...

9-06-2018, 08:30           

Sentyabr ayından etibarən Real TV fasiləsiz yayıma keçəcək.

Kult.az xəbər verir ki, bu sözləri Real TV-nin rəhbəri Mir Şahin Ağayev ASAN Radioya müsahibəsində deyib.

Mir Şahin reportyor qrupunun 10-12 nəfərdən ibarət olduğunu, özünün də reportyorluq etdiyini, mühasib və texniki işçilərlə birlikdə, 45-50 nəfər arası komanda ilə çalışdığını deyib:

“Sentyabrda fasiləsiz yayıma keçəndən sonra özümüzü ixtisaslaşmış informasiya kanalı kimi hiss edəcəyik. Etiraf edirəm: hazırda bir az “Avronyus”u təqlid edirik, əməkdaşlarımız onları izləyir, bəhrələnir”.

Real TV rəhbəri ANS-dən fərqli olaraq, obrazlı və ibarəli cümlələrdən istifadə etmədiklərini, bir növ, “gözəlliyi” ikinci plana keçirdiklərini, hadisə yerindən doğru, dürüst, aydın reportaj tələbi qoyduqlarını bildirib.

Mir Şahin iddialı danışıb və qeyd edib ki, hazırda məşq edirlər, 6 aydan sonra isə Real TV Azərbaycan efir məkanında birnömrə olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru