Xoşqədəm Hidayətqızı polisə çağırıldı - Ramil Usubov məsələni şəxsi nəzarətinə götürüb

11-06-2018, 12:02           
Xoşqədəm Hidayətqızı polisə çağırıldı - Ramil Usubov məsələni şəxsi nəzarətinə götürüb
"Səni Axtarıram” verilişinin 4 əməkdaşı - aparıcı Xoşqədəm Hidayətqızı, verilişin prodüseri Fərhad Hacıyev və iki operatoru hüquq-mühafizə orqanlarına çağırılaraq izahatları alınıb.

Bir neçə gün əvvəl Qazaxıstanda yaşayan şəxslər "Xəzər” televiziyasına müraciət edərək ailə üzvləri, 1985-ci il təvəllüdü Atsubayeva Ayqul Almaz qızının mayda Bakıya gəldiyini, daha sonra ondan xəbər ala bilmədiklərini bildiriblər.

Dünən bu məsələ telekanalda Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişdə işıqlandırılıb və qızı Azərbaycana gətirən sevgilisi, Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlu verilişə dəvət olunub. Veriliş efirə gedəndən sonra Y.Yusifov polis idarəsinə çağırılıb və ondan qazaxıstanlı qızla bağlı ifadə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru