“Xəstəxana pulunu tapa bilmirsə, mənimlə niyə oxuyurdu?” – Pərvizdən Türkana

13-06-2018, 00:39           
“Xəstəxana pulunu tapa bilmirsə, mənimlə niyə oxuyurdu?” – Pərvizdən Türkana
Bir neçə gün öncə avtomobil qəzası keçirən müğənni Türkan Vəlizadənin xəstəxana xərclərini qarşılaya bilmədiyi barədə xəbərlər yayılıb.

İddialara görə, onun duet ortağı meyxanaçı Pərviz Bülbülə də bu məsələyə biganə yanaşıb.

teref.az Open.az-a istinaden xəbər verir ki, meyxanaçı bu haqda ARB-nin “Səhər-səhər” verilişində açıqlama verib:

“Bu gün gedib xəstəxana koridorunda oturmağım mənasızdır. Türkan xanımın səhhətində hər şey qaydasındadır. Hər birimiz ona xüsusi diqqət edirik. Əgər bu gün Türkan düşdüyü qəzaya görə xəstəxana pulunu çıxara bilmirsə, niyə mənimlə oxuyurdu? Gedib başına bir çarə qılaydı. Mən özüm də indi müalicə alıram. Özü də Bodrumda deyiləm, Bakıdan bir az aralı bir şəhərdəyəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.