"Yatağını bölüşə bilmir evdəki ilə" - Azərbaycanlı aparıcıdan XƏYANƏT AÇIQLAMASI

15-06-2018, 21:52           

Aparıcı, aktrisa Könül Yusif qızı "xəyanət edən evli kişilər"lə bağlı sərt açıqlamaları ilə diqqət çəkib.
GoldNews.Az xəbər verir ki,aktrisa buna görə hər iki tərəfi günahkar hesab edib.
Könülün sözügedən mövzu ilə bağlı fikirləri:
"Evli kişilər bir neçə səbəbdən arvadına xəyanət edir. Yekəxanalıqlarından ki, bunu şərəf bilirlər, hamı edir, mən də edim. Sevməyib, evlənməklərindən, evlənmək xatirinə evləndikləri üçün... Çox vaxt da evdə qarşlıqlı anlaşma olmayanda, qıraqda o münasibəti tapırlar. Ürəyini bölüşə bilmir, ürəyi istəyən yatağını bölüşə bilmir evdəki ilə. Hərdən xanımlar özləri kişilərini buna sövq edirlər. "Xalxın kişilərinə bax", "filankəsin ərinə bax" və s tipli boş-boş söhbətlərlə kişini evdən soyudurlar... Xanım olmaq istəyən ərinin xanımı olmağı bacarmalıdır da".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.