Əməkdar artist Elnarə Abdullayeva “Geriyə baxanda” verilişinin qonağı olub.
Muğam ifaçısı geyimləri ilə bağlı deyilən iradlara cavab verib:
“Bir paltarı 50 dəfə geyinirəm. Gedim paltarı kimdən alım? Bu, mənim paltarımdır, nə edim? Kim qəbul edir etsin. Mən geyimdən, yeməkdən utanan deyiləm. Ay, bunu 5 dəfə geyinsəm məni qınayacaqlar, düşünən deyiləm”.