Monika Belluççi podiumda göz qamaşdırdı - Foto

17-06-2018, 21:03           

İtaliyan ulduz Monika Belluççi 53 yaşında yenidən podiuma çıxıb.

Qaynarinfo xəbər verir ki, aktrisa Milan Moda Həftəsi çərçivəsində "DolceGabbana”nın 2019-cu il qış kişi geyimləri seriyasının təqdimatında iştirak edib.

48 yaşlı model Naomi Kempbellə birgə tədbiri aparan M.Belluççi tamaşaçıların rəğbətini qazanıb.

Məşhur stilist Stefano Qabbana ulduz sənətçinin dəvəti qəbul edib gəlməsindən məmnunluq duyduğunu dilə gətirib: "Monika Belluççi sonuncu dəfə bizim moda evimiz üçün 1992-ci ildə podiuma çıxmışdı. Ondan xahiş etdik və sevə-sevə qəbul etdi. Çox xoşbəxtik", - deyə o, bildirib.

Aktrisa isə podium üçün darıxdığını və kişi geyimlərini təqdim etməkdən böyük zövq aldığını söyləyib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru