"Əsas odur ərə gedəcəyim oğlan imanlı olsun"

18-06-2018, 13:46           

Gənc aktrisa Rada Nəsibova subaylığın daşını atacaq.
Yenicag.az-a açıqlama verən aktrisa şəxsi həyatından danışıb:
“Bəzən başın sənətə, problemlərə o qədər qarışır ki, bir də baxıb görürsən şəxsi həyatını unutmusan. Artıq özümə şans verdim, ailə qurmağı planlaşdırıram. Sevgiyə inanmadığım üçün münasibətlərdə güvənə, qarşılıqlı hörmətə üstünlük verəcəm. Hər halda, gözümü yumub ərə getməyi düşünmürəm. Əsas odur ərə gedəcəyim oğlan imanlı olsun. O halda ona etibar etmək olar. Bir də çox vas-vasıyam, özünə baxan kişiləri xoşlayıram. Əgər kişi özünə baxmırsa, onunla ailə qurmaram”.
R.Nəsibova xəyanəti heç vaxt bağışlamayacağını da qeyd edib: “Mənə görə xəyanət münasibətin sonu deməkdir. Heç dostuma xəyanəti bağışlamaram, o ki qaldı nişanlım, həyat yoldaşım ola. Nişanlım mənə xəyanət etsə, həmin an üz çevirib gedərəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru