Fuad Əlişovdan ayrılan Sevinc ikinci dəfə ailə qurur: "Bəy tanıdığınız adamdır..." - VİDEO

19-06-2018, 09:37           

2 il əvvəl rejissor Fuad Əlişovdan ayrılan aktrisa Sevinc Əlişova ikinci dəfə ailə həyatı qurur.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "ATV maqazin 10larla"ya açıqlama verən aktrisa toyunu mediadan gizli saxlamaq istədiyini bildirib:

"Heç vaxt demə ki, heç vaxt". Ağlıma da gəlməzdi ki, 12 il sonra gəlinlik geyinəcəm və bu gözəl məkanda əzizlərimi, doğmalarımı qarşılayacam. Toyumu mediadan gizli edəcəkdim. Amma xəbər tutdunuz. Bəy tanıdığınız adamdır. 3 il olar tanıdığım bir insandır. Çox hörmət elədiyim, gözəl oğlandır. Amma üzünü göstərməyəcəm".

Qeyd edək ki, Sevinc 2007-2016-cı illərdə rejissor Fuad Əlişovun həyat yoldaşı olub. Onların bu evlilikdən 3 övladı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru