Dünyanın ən seksual qadını

19-06-2018, 20:40           

Amerikalı model və aktrisa Keyt Apton “Maxim” jurnalının versiyasına görə “Planetin 100 ən seksual qadını” reytinqində liderdir.
“Ölkə.Az” xəbər verir ki, səsvermə nəticəsində Keyt Rihanna, Meqan Markl, Cici Hadid və Amal Kluni kimi gözəlləri kölgədə qoyub.
Xəbəri eşidən Keyt deyib: “Bilirsiniz, mən öz üzərimdə çox işləyirəm ki, özümü güclü hiss edim, yaxşı hiss edim. Yüzlükdə birinci olmaq mənim zəhmətimin bəhrəsidir”.
Qeyd edək ki, Keyt iri bədən ölçülü model kimi fəaliyyətə başlayıb. Sonradan arıqlayaraq aktrisalığa keçib. İlk dəfə Ben Stiller və Eddi Merfinin baş rol ifaçısı olduğu “Göydələni necə oğurlamalı” filmində debüt edib. Sonradan isə Kemeron Diaz ilə “Başqa qadın” komediya filmində kamera qarşısına keçib.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru