"Kuboku ispanlara halal etmirəm, nəfsim ağırdır" — ŞEYX ƏBDÜL

21-06-2018, 13:20           
"Kuboku ispanlara halal etmirəm, nəfsim ağırdır" — ŞEYX ƏBDÜL
Tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov "Real"ın (Madrid) və İspaniya millisinin kapitanı Serxio Ramos haqda danışıb.
"Ölkə.Az"ın məlumatına görə, kinorejissor ulduz futbolçunu bəyənmədiyini söyləyib:
"Ramosdan zəhləm gedir. Çempionlar Liqasının finalında Salahı qəsdən zədələdi. Həmin görüntülərə dəfələrlə baxmışam. Açıq-aşkar görünür ki, Salahı qəsdın zədələyir. Şeyxəm, nəfsim də ağırdır. ÇL-də qazandıqları son kuboku onlara halal etmirəm".
Qeyd edək ki, dünən Ramosun çıxış etdiyi İspaniya yığması İran üzərində minimal hesablı (1:0) qələbə qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru