Röya küsülü olduğu Aygün Bəyləri bağışladı: "Həyatıma nifrət etdim" - FOTO/VİDEO

22-06-2018, 10:22           

"Bəli haqqıma girdin. Məni tanımadan, sənə qarşı haqsızlığım olmadan, alın yazıma şünhə etdin. Məni atam-anam önündə alçaltdın. Əziyyətlə qazandığım, neçə ailə dolandırdığım qazacıma haram dedin. O gün səni izləyərkən həyatıma nifrət etdim. Ağlayaraq yaradandan sənə layiqli cavab verməsini istədim".

Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Röya Ayxan bir neçə ay əvvəl Elgiz Ələkbərovun səhər verilişində onun ünvanına xoşagəlməz sözlər deyən həmkarı Aygün Bəylər haqqında deyib.

Müğənni daha sonra əlavə edib ki, Aygün Bəylərin qızı ilə fotosunu gördükdən sonra ürəyi yumşalıb və onu bağışlayıb: "Amma o an unutdum ki, sənim qızın var və mən yaşayanların 50%-ini o, doğularkən yaşayıb. Günahlarımız onların boynuna yazılır deyirlər. Bundan qorxdum və sənə xoşbəxt ana olmağı arzuladım. Önümə bu görüntü çıxdı, gözlərim doldu və səni bağışladım. İstərəm ki, Allah da bağışlasın".

Xatırladaq ki, A.Bəylər ARB televiziyasının "Səhər-səhər" verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirmişdi. Bundan sonra əməkdar artist Röya Ayxan həmkarı Aygün Bəyləri məhkəməyə vermişdi. R.Ayxan iddia ərizisində yazıb ki, A.Bəylər ARB televiziyasına müsahibəsində onun şərəf və ləyaqətini təhqir edib. O, həmkarından mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edirdi. Lakin Səbail Rayon Məhkəməsində hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə əməkdar artist Röya Ayxanın Aygün Bəylərə qarşı iddiası rədd edilib.
[media=https://www.youtube.com/watch?v=z058pHpZnLs]
Röya küsülü olduğu Aygün Bəyləri bağışladı: "Həyatıma nifrət etdim" - FOTO/VİDEO














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.