“Oğlum yaxşı kişi olsaydı, arvadı qaçmazdı” – Əli Mirəliyev

22-06-2018, 16:06           

Müğənni Əli Mirəliyev nəvəsinin gəlini tərəfindən tərk edilməsindən danışıb.
GoldNews.az-ın məlumatına görə, “Səhər-səhər” verilişində ifaçı bu sözləri deyib:

“Əgər ana uşağını tərk edib gedirsə o kimə bağlanmalıdır? Nənəyə, babaya. 12-13 yaşından tərk edib gedib. Amma hansı ana balasını qoyub gedə bilər? Heç olmasa arada gəl gör, axı sən onu 9 ay bətnində gəzdirmisən? Bütün dünyanı gəzir. İş adamıdır, işləyir, yaxşı da işi var. Qəyyumluq üçün sənəd lazım olub, nənəsi anasına zəng edib deyib ki, gəl sənəd üçün lazımsan. Heç görüşməyib uşaqla da, baxıb çıxıb gedib. Uşağın günahı Əli Mirəliyev olmasıdır.

Mənim oğlum da günahkardır. Hansı arvad evdən qaçar? Pis kişidən qaçar da. Mən bunu da deyirəm. Deməli mənim oğlum işini düzgün qurmayıb. Evdən çıxıb paltarlarını, uşağa alınan bahalı telefonu da vermiyib ona. İldən çoxdur ki, uşaqdan imtina edib. Atası, anası qızlarına deyir ki, sən özün gəl amma o uşağı gətirmə. Heç yeməy də vermirdilər buna”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru