Dəniz Çakır “Eşkiya dünyaya hükümdar olmaz”dan qovuldu — SƏBƏB

11-08-2018, 18:20           
Dəniz Çakır “Eşkiya dünyaya hükümdar olmaz”dan qovuldu — SƏBƏB
Şəxsi həyatı ilə şou-maqazin dünyasının gündəmindən düşməyən Dəniz Çakır haqqında Raci Şaşmaz qərar verib.
“Ölkə.Az” xəbər verir ki, Racinin qərarı ilə aktrisa “Eşkiya dünyaya hükümdar olmaz” serialının heyətindən çıxarılıb.

Filmdə Hızır Çakırbeyli obrazının həyat yoldaşı Məryəmi canlandıran aktrisa sentyabr ayında yeni seriya ilə ekranlara qayıdacaq layihənin reklam çəkilişlərində iştirak etməyib.

Məlum olub ki, serialın prodüseri Raci Şaşmaz tez-tez şəxsi həyatı və sərxoş fotoları ilə gündəmə gələn aktrisanın bu hərəkətlərinə görə onu layihədən uzaqlaşdırıb. Bildirilir ki, işsiz qaldığı üçün şok olan aktrisanın yerinə şirkət rol üçün namizəd axtarır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru