"Sanki O anadan olanda,ona musiqi aləti olan "rübab"adı....." - Rübabə Muradovanın vəfatı günüdür.

28-08-2018, 12:13           
"Sanki O anadan olanda,ona musiqi aləti olan "rübab"adı....." -  Rübabə Muradovanın vəfatı günüdür.
Sanki O anadan olanda,ona musiqi aləti olan "rübab"adı qoyulandan müğənni doğulmuşdu Bunu onun sonrakı taleyi.səsi ,musiqi aləmində tutuduğu yer də sübut etdi
Bu gün öz sənətilə muğam sahəsində yüksək pillələrdən birində "oturan ", həmişə bizlərə yanğılı səsi ilə Cənub həsrətini xatırladan görkəmli "Azərbaycan müğənnisi (messosoprano), Azərbaycanın Xalq Artisti Rübabə Muradovanın vəfatı günüdür.
Rübabə Muradova 22 mart 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olmuşdur. Sabirabadda dram teatrında təhsil almışdır. Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət etmişdir. 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. A.Zeynallı adına Bakı Musiqi Məktəbini (Seyid Şuşinskinin sinfini) bitirmişdir (1955). 1971-ci ildə Azərbaycan SSR Xalq Artisti adına layiq görülmüşdür. Güclü, təsirli və müxtəlif çalarlı səsə, orijinal ifaçılıq üslubuna malik müğənni idi. 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.

Əsas partiyaları: Leyli ("Leylı və Məcnun" – Üzeyir Hacıbəyov), Əsli ("Əsli və Kərəm" – Üzeyir Hacıbəyov), Xanəndə qız ("Koroğlu" - Üzeyr Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl"- Müslüm Maqomayev), Şahsənəm ("Aşıq Qərib" – Zülfü Hacıbəyli), Sənəm ("Gəlin qayası" – Ş. Axundova) və s. Muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı idi.

"Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

28 avqust 1983-cü ildə Bakıda vəfat etmişdir.Yasamal rayonunda yerləşən qəbirstanlıqda dəfn edilib/
Baba Allahnezerov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.