Jerar Depardyeyə qarşı TƏCAVÜZ İDDİASI - Gənc aktrisa şikayətçi oldu - FOTO

31-08-2018, 10:15           
Jerar Depardyeyə qarşı TƏCAVÜZ İDDİASI - Gənc aktrisa şikayətçi oldu - FOTO
Jerar Depardye təcavüz etməkdə ittiham olunur.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa polisi adı açıqlanmayan 22 yaşlı aktrisanın şikayətindən sonra 69 yaşlı aktyor barəsində təhqiqata başlayıb. Qız dünya şöhrətli ulduzu ona qarşı seksual xarakterli zorakılıq hərəkətlər etməkdə ittiham edib.

İddiaya əsasən, hadisə artistin Parisdəki evində, təxminən avqustun əvvəllərində baş verib. Şəhər prokuroru Eks-an-Provans bu işin istintaqını Fransa paytaxtının prokurorluğuna verib.

Depardyenin vəkili Erve Temime bildirib ki, aktyor elan edilmiş ittihamı tamamilə rədd edir.

“Mən Jerar Depardyenin nüfuzuna ciddi ziyan vuracaq prosesin ictimai xarakter almasına təəssüf edirəm, əminəm ki, onun günahsızlığı sübuta yetiriləcək”, - deyə hüquqşünas bildirib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru