“Gəlməsən, ananı həbs edəcəyik” – Kəşfiyyat azərbaycanlı qadını hədələdi
6-11-2018, 12:38
İranın Kəşfiyyat İşləri üzrə Nazirliyindən (ETTELAAT) Güney Azərbaycandan olan milli-mədəni fəal Ulduz Qasıminin anasına zəng edərək hədələyiblər.
Teleqraf.com xəbər verir ki, ondan Ulduz Qasıminin məhkəməyə müraciət etməsi tələb olunub.
ETTELAAT əməkdaşları fəal məhkəməyə müraciət etməyəcəyi təqdirdə, Qasıminin anasını saxlayıb və məhkəməyə verəcəklərini bildiriblər. Telefon söhbətində qadın təhqir edilib.
Urmiyalı fəal Ulduz Qasımi Güney Azərbaycan türklərinin demokratik və milli haqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə İran kəşfiyyatı tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.