İran azərbaycanlıların “Elin” dərgisini qadağan etdi

7-11-2018, 12:43           
İran azərbaycanlıların “Elin” dərgisini qadağan etdi
Marağa Universitetinin “Elin” öyrənci dərgisinin fəaliyyəti dayandırılıb.

Kult.az xəbər verir ki, Marağa Universitetinin Azərbaycanşünaslıq Ocağına aid dərgi “bölücülük, millətçilik və etniklər arasında ayrı-seçkilik salmaq” fəaliyyətində ittiham olunub.

Mətbuata Nəzarət Komitəsinin çıxardığı hökmə əsasən, dərginin fəaliyyəti 1 il müddətinə dayandırılıb.

Qadağa müddəti komitənin mayın 24-də dərgi ilə bağlı keçirdiyi iclasdan sonra hesab olunacaq.

Bundan əlavə, nəşrin məsul redaktoruna yazılı töhmət veriləcəyi barədə qərar qəbul olunub.

Qeyd edək ki, “Elin” dərgisi 13 və 14-cü sayını ötən qış aylarında buraxıb. Bundan sonra Marağa Universitetinin Nəşrlərə Nəzarət Komitəsi dərginin fəaliyyətini müvəqqəti olaraq dondurmuşdu. Fars və türk dillərində nəşr olunan “Elin” dərgisi 2010-cu ildən fəaliyyət göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru