Bu da soyğunçuluğun yeni növü

8-11-2018, 07:29           
Bu da soyğunçuluğun yeni növü
Türkiyənin Bursa şəhərində dələduzlar qəribə bir üsul tapıblar. 58 yaşlı, 2 uşaq atası Ahmet Tokerə oğluna ev almaq istədiyini dələduz olduğunu bilmədiyi şəxslərin yanında deyib.

Bununla da kişinin ev almaq üçün pulu olduğu qənaətinə gələn dələduzlar ona gizli nömrələrdən zəng edərək, bank hesabının PKK tərəfindən istifadə edildiyini, bu səbəbdən də həmin pulları onlara yollamalarını deyib: “Evinə basqın ola bilər, pulları bizə gətir”. Panikaya düşən təqaüdçü isə öz növbəsində avtobusa minib banka getməyə hazırlaşıb.

Yolda həmsöhbət olduğu bir şəxs ona xəbərdarlıq edəndən sonra kişi gerçək vəziyyəti öyrənib.



Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru