Ata qızını şantaj edən oğlanı güllələdi – Dəhşətli görüntülər (Video)

8-11-2018, 15:20           
Ata qızını şantaj edən oğlanı güllələdi – Dəhşətli görüntülər (Video)
Ata qızını şantaj edən oğlanı güllələyib.

Minval.info xəbər verir ki, hadisə Türkiyənin Ataşehir bölgəsində baş verib. Belə ki, iki nəfərlə qızını şantaj edən Z.K adlı gənclə kafedə görüşən ata silah çəkərək onun əlindən mobil telefonunu alıb.

Ardınca iaşə obyektində çölə çıxarılan oğlana fiziki təzyiq göstərilib və o, ayağından güllələnib. Görüntülər kafenin müşahidə kameraları vasitəsilə lentə alınıb.

Məlumata görə, Z.K şantaj etdiyi R.D-nın atasının şirkətində mühasib vəzifəsində çalışıb. Onlar arasında iki il sevgi münasibəti yaşanıb. İddia edilir ki, Z.K sevgilisini mobil telefonundakı görüntülərlə hədələyərək bu yolla onda böyük mələğdə pul istəyib. Onun bir neçə dəfə istəyinə nail olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru