Məktəb direktorunu vuran polis: “qızımı ələ salmışdılar”… - FOTO

10-11-2018, 18:29           
Məktəb direktorunu vuran polis: “qızımı ələ salmışdılar”… - FOTO
Türkiyənin Bursa şəhərində polis məmuru övladının oxuduğu məktəbin direktor və onun köməkçisini ayağından yaralayıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən polis məmuru olan İlhan Özcanın məhkəməsi başlayıb.

Məhkəmədə yaralanan məktəb direktoru və köməkçisi ilə birgə məktəbin digər müəllim heyyəti də iştirak edib.

Ayağından yaralanan direktor Tülay Taş açıqlamasında onların problemli ailə olduqlarını, əvvəllər sözügedən ailə haqqında aidiyyatı qurumlara şikayət verdiyini də bildirib.

“Hadisə baş verən gün, hər zamankı saatda işimə gəldim. Müəllimlərlə görüşdükdən sonra koridorda İlhan bəylə yoldaşını gördüm. Yaxınlaşmaq istədikdə belindən silahı çıxarıb atəş açdı, qaçıb otağımda gizləndim, sonra çıxıb getdi. Məni və köməkçimi ağır yaralayıb, ondan şikayətçiyik”.

Daha sonar cinayətkar qismində saxlanılan polis məmuru İlhan Özcan dindirilib.

İlhan Ö. Tülay Taşın söylədiklətini inkar edərək: “Qızım yanıma gələrək, sinifdəki uşaqlardan birinin tez-tez onu narahat etdiyini söylədi. Mən də gedib direktora vəziyyəti bildirib, ondan kömək istədim. Ertəsi gün direktor qızımın sinifinə girərək "sənə kim təcavüz edib"-deyə sual verdikdən sonra sinifyoldaşları qızımı ələ salmağa başlayıb. Bu hadisədən sonra qızımın vəziyyəti pisləşdi, yaşaşnan olay qızımın psixologiyasında ciddi travma yaradıb, dərslərinə diqqət verə bilmir”- deyə bildirdi.


Ömrlük həbsi istənilən polis məmuru İlhan Özcanın məhkəməsi başqa şahidlərindən də dindirlisməsi üçün sonrakı günlərə ertələnib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.