Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyi ilə əlaqədar Parisdə keçirilən tədbirlərdə iştirak etmək üçün bu ölkəyə səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra dövlət başçıları ilə görüşüb.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti və xanımı Parisdə "Musée d’Orsay" muzeyində olub. Ərdoğan və xanımı Türkiyə və xarici KİV-lərin nümayəndələrini salamlayıb.
Muzey gəzintisi zamanı Rəcəb Tayyib Ərdoğan və xanımı Moldovanın dövlət başçısı İqor Dodon və bu ölkənin birinci xanımı ilə söhbətləşiblər. Türkiyə prezidenti və xanımı daha sonra E.Makron tərəfindən dövlət və hökumət başçılarının və onların xanımlarının şərəfinə verilən ziyafətdə iştirak ediblər. Qeyd edillir ki, Ərdoğan ABŞ prezidenti Donald Trampla söhbət edib. Dövlət başçılarının hansı mövzu ətrafında söhbət etmələri açıqlanmır.