Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

11-11-2018, 10:20           
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Hakkari bölgəsində silah anbarında baş vermiş partlayış nəticəsində həlak olan hərbçilərlə bağlı həmkarı Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

“Report” xəbər verir ki, başsağlığında bildirilir:

"Qardaş Türkiyə Respublikasının Hakkari bölgəsində silah anbarında baş vermiş partlayış nəticəsində hərbi qulluqçuların həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin".

Qeyd edək ki, Türkiyədə silah anbarında baş verən partlayış nəticəsində 7 hərbçi ölüb, daha 25 nəfəri yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru