Türkiyədə "ağlını itirənlərin" sayı artır

15-12-2018, 07:21           
Türkiyədə "ağlını itirənlərin" sayı artır
Bu kimi xəstəliklərin artmasına səbəb kimi düzgün qidalanmama, piylənmə və insan ömrünün uzanması göstərilir
Moskvadakı Beynəlxalq Araşdırma Universitetinin Ali İqtisadiyyat Məktəbi tərəfindən aparılan araşdırmada Türkiyənin "ağlını itirmə" üzrə birinci sıralarda olduğu müəyyən edilib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Araşdırma zamanı dünyanın müxtəlif universitetlərinin 1990-2016-cı illər üzrə məlumatları analiz edilib.

Araşdırmaya görə, Türkiyədə 100 min nəfərdən 1192-nəfəri "ağlını itirmə" xəstəliyindən əziyyət çəkir. Siyahıda 1037 xəstəlik halı ilə ikinci yerdə Braziliya gəlir. Siyahını 397 xəstəlik halı ilə Nigeriya bitirir.

Məlumata görə, bu halların 70 faizini Alzheymer xəstəliyi təşkil edir. Hesablamaya görə, "ağlını itirmə" xəstəlikləri 26 il ərzində 117 faiz artıb.

Mütəxəssislərə görə, xəstəliklərin artımı belə davam edərsə, 2050-ci ildə dünyada 100 milyondan çox insan "ağlını itirmə" xəstəliyindən əziyyət çəkmiş olacaq.

Bu kimi xəstəliklərin artmasına səbəb kimi isə düzgün qidalanmama, piylənmə və insan ömrünün uzanması göstərilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru