Rusiya Türkiyədən 130 tona yaxın meyvəni buraxmadı 20-12-2018, 13:05 Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Türkiyədən 128 tondan çox sitrus meyvənin idxalını qadağan edib.Trend-in məlumatına görə, qərara həmin meyvələrdə aşkar edilmiş xəstəlik səbəb olub.Ümumilikdə 61,5 ton naringi və 67,2 ton portağalın Rusiyaya buraxılmadığı deyilir.Qeyd olunur ki, meyvələr Aralıq dənizi meyvə milçəyi tərəfindən yoluxdurulub. Facebook-da paylaş