Tanınmış Azərbaycanlı Milli-Mədəni Fəal Abbas Lisani haqda çıxarılan bəlirsiz və qiyabi hökm məhkəmənin icra bölümünə göndərilib

22-12-2018, 23:25           
Tanınmış Azərbaycanlı Milli-Mədəni Fəal Abbas Lisani haqda çıxarılan bəlirsiz və qiyabi hökm məhkəmənin icra bölümünə göndərilib
Günaz tv-nin yaydığı xəbərə görə;

Tanınmış Azərbaycanlı Milli-Mədəni Fəal Abbas Lisani haqda çıxarılan bəlirsiz və qiyabi hökm məhkəmənin icra bölümünə göndərilib


Abbas Lisani ərdəbil vilayətindən olan milli fəal və keçmiş siyasi dustaq, bu gün 22 dekabr tarixində, telefonuna gələn SMS vasitəsilə, Fəalın 9709984118500370 nömrəli dosyasının icra məhkəməsinin 11-ci bölümünə getməsindən xəbər verir.

Fəala çıxarılan bu hökm, İyul ayının 1-ində Babək qalası yürüşü ərəfəsində öz çalışma yerində tutulub təbriz dustaqlığında saxlandığıyla İlgilidir.

Fəalın dustaqda olduğu çağda ittihamının oxunması Təbrizin 11-ci dadyari şöbəsi vasitəsilə baş tutmuşdur. Bu ittiham, Tanınmış Mərhum Həsən dəmirçinin toprağa tapşırma törənində Danışıqları İlə İran sisteminə qarşı təbliğ aparmaqla suçlanmışdır.

Abbas Lisani mülki vəsiqəsi şərtilə müvəqqəti özgürlüyə buraxıldıqdan sonra sentyabrın 16-da qeyri ənənəvi olaraq fəalın telefonuna SMS göndərilərək ondan sentyabrın 18-də dosyasına baxılmaq üçün məhkəməyə müraciət etməsi tələb olunmuşdur.

Fəal Çağırış sms'lərin qeyri qanuni sayaraq, qanuni vərəqələrini tələb edərək, məhkəmədə hazır olmaqdan imtina etdi. həmin bu qiyabi məhkəmədə fəala hökm çıxardıqlarını iddia edən fəalın söyləyişinə görə 2 gün sonra yəni sentiyabrın 21-də telefonuna SMS'lə göndərilən hökmü qeyd etmişlər.

qeyd edək ki, Təbrizin inqilab məhkəməsinin 2- şöbəsi, oktyabrın 11-də Fəala sms göndərərək, Çıxarılan hökmün oxunması üçün şöbəyə mürəciəti istənilmişdir.

Abbas Lisani, bu çağırılışdan sonra, Bir bəyaniyə yazaraq məhkəmədə dosyasının gedişatını qeyri ənənəvi və qanunsuz sayaraq etirazını bildirmişdir. Fəal qeyd etmişdir ki, İran Ana Yasasının 168-ci əslinə görə, Məhkəmədə siyasi-əqidəti və mətbuati dosyalar ələni, mətbuatlar və kütlənin önündə qurulması yasasını məhkəmə tərəfindən yola salınmamışdır. eləcə də, höküm vərəqəm rəsmi şəkildə əlimə çatmamışdır. və sonda bu haqsızlığa etirazını bildirərək, Heç zaman bu zülm və qanunsuzluq qarşısında baş əyməyəcəyini söyləmişdir.

qeyd edək ki, 2018-ci ilin iyul ayında Babək qalası yürüşü ərəfəsindı 10'larca Azərbaycan Milli-Mədəni fəalı iran təhlükəsiz quvvələri tərəfindən Bütün Azərbaycan şəhərlərində tutuqlanmışdılar.

Beynəlxalq Əfv Təşkilatı avqust ayında türk, fars və ingilis dillərində Babək qalası yürüşü və Savalan dağında tutulan azərbaycanlı fəallarla bağlı bəyanat yayaraq təcridxanalarda saxlanılan fəalların qeydsiz-şərtsiz azadlığa buraxılması və digər tutulan fəallara bəraət verilməsini tələb edib.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.