Azərbaycanda Türk mənşəli tayfaların bölgələr üzrə yerləşməsi – TARİXİ SİYAHI

9-04-2019, 20:22           
Azərbaycanda Türk mənşəli tayfaların bölgələr üzrə yerləşməsi – TARİXİ SİYAHI
Uzun illər tarixçilər arasında Azərbaycan ərazisində yaşayan türklərin regiona X-XI əsrdə gəldiyi kimi absurd fikirlər səsləndirilir.

Əslində bu tip məlumatlar düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Son illər üzə çıxan araşdırmalar Altay teoriyasının əslində səhv olduğunu üzə çıxarıb.

Məhəmməd Həsən Baharlı “Azərbaycan” adlı əsərində (Bakı, 1921-ci il) XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanda Türk kimlikli tayfaların qəzalara görə yerləşim sahəsini belə təsvir edir:

Kəngərlər – Naxçıvan, Göyçay, Cavanşir, Şuşa

Kumanlu – Bakı

Çəkirli – Şamaxı

Xələc – Göyçay, Cavad, Zəngəzur

Şamlu – Göyçay və Ağdaş

Qaramanlu – Cavad

Aydınlı – Quba

Yıva – Naxçıvan

İmrəli -Cavad, Cavanşir, Şuşa, Şamaxı

Dögərlər – Gəncə

Bayatlar -Göyçay, Cavad, Quba, Şamaxı və Şuşa

Zülqədər – Gəncə və Şəmşədil

Qacarlar – Göyçay, Cavad, Quba və Şuşa

Baharlı – Şuşa və Zəngəzur

Ustaclu – Quba

Padar – Quba, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Nuxa, Kürdəmir, Dərbənd

Xəlili – Şamaxı, Quba, Göyçay, Cavad, Ağdaş, Naxçıvan

Sor-sorlar – Göyçay, Şamaxı və Quba

Çobanlı – Şamaxı və Cavad

Tatarlar – Gəncə, Cavanşir

Qaraqoyunlu – Cavanşir, Göyçay, Gəncə, Zəngəzur, Nuxa və Quba

Bucaqlar – Göyçay, Cavad, Ağdaş, Nuxa.

1856-cı ilin “Qafqaz təqvimi”ndə isə Azərbaycan türklərinin əsasən bu tayfalardan ibarət olduğu göstərilir:

Xələc, Alpavud, Qaraböruk, Çepni, Qaratəkin, Dizaxlu, Bayandurlu, Qarayundlu, Quzanlu, Qazaxlu, Kumanlu, Börcanlı, Qaramanlı, Türkan, Tərəkəmə, Cəlayiri, Şahsevənli və s. qədim türk tayfaları.

Sənan Turanlı Qılıncarslan

Türk Tarixi tədqiqatçısı, araşdırmaçı yazar












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.