İMAMOĞLUNUN QƏLƏBƏSİ LƏĞV EDİLİR – MHP liderindən anons

9-04-2019, 20:46           
İMAMOĞLUNUN QƏLƏBƏSİ LƏĞV EDİLİR – MHP liderindən anons
İstanbul bələdiyyəsinə təkrar seçki keçirilə bilər.

Strateq.az xəbər verir ki, bu barədə MHP sədri Dövlət Baxçalı açıqlama verib.

O, martın 31-də keçirilmiş seçkinin insanların qəlbində sual yaratdığını bəyan edib: “60 gündən sonrakı ilk bazar günü seçki keçirilə bilər. Bundan inciməyə gərək yoxdur”.

Xatırladaq ki, İstanbul bələdiyyəsinə keçirilən seçkidə CHP-li Əkrəm İmamoğlunun iqtidarın namizədi Binəli Yıldırıma 16 min səs fərqi ilə qalib gəldiyi açıqlanıb.

Lakin hakim AKP və MHP buna etiraz edir, seçkidə saxtakarlıq olduğunu bildirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru