Çavuşoğlu Fransanı yıxıb-sürüdü, Makronun deputatları zalı tərk etdi – “Həddinizi bildirəcəyik”…

12-04-2019, 18:27           
Çavuşoğlu Fransanı yıxıb-sürüdü, Makronun deputatları zalı tərk etdi – “Həddinizi bildirəcəyik”…
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Antaliyada keçirilən NATO Parlament Assambleyasının 99-cu RoseRoth seminarı və Aralıq dənizi Yaxın Şərq Xüsusi Qrupunun birgə yığıncağında, Fransa prezidenti Emmanuel Makronun partiyasından deputat Sonia Kriminin qondarma “erməni soyqırımı” açıqlamasına sərt reaksiya verib.

Baki-xeber.com xəbər verir ki, Çavuşoğlu Fransa deputatlarına ölkələrinin Ruanda, Əlcəzairdə törətdiyi soyqırımları xatırladıb.

Çavuşoğlu deyib: "Fransa kimi ölkələr başqa ölkələri tənqid edəcəklər, aşağılayacaqlar və istədikləri qərarı istədiyi kimi verəcəklər. Bunun qarşılığında Türkiyə və ya başqa bir ölkədən tənqid gəldiyində şoka düşəcəklər. Beynəlxalq hüquq mövzusunda Türkiyəyə dərs verməyə çalışırlar. Hüquqdan Türkiyəyə dərs verməyə çalışırsınız, burada mənim söylədiyimə belə dözüm göstərmirsiniz, ifadə azadlığından bəhs edirsiniz...

Makronun qəbul etdiyi qərar Fransa Konstitusiya Məhkəməsinin qərarları ilə zidd deyilmi? Ziddir. Fransanın qərarı Avropa İnsan Hüquqları Məhkəməsinə zidd deyilmi? Ziddir.

…Soyqırım və tarix mövzusunda Türkiyəyə dərs verə biləcək ən son ölkə Fransadır. Çünki Ruanda, Əlcəzairdə olanları unutmadıq. Fransa əvvəl öz qaranlıq tarixinə baxsın, Türkiyəyə dərs verməyə qalxmasın. Siz yuxarıdan baxmağa davam edin, biz də sizə bu şəkildə həddinizi bildirməkdə davam edəcəyik. Qarşınızda artıq keçmiş Türkiyə yoxdur, layiqli cavabınızı alacaqsınız. Siz özünüzü üstün görməyə davam edin, bunu qəbul etməyən, doğruları söyləyən bir Türkiyə var”.

Çavuşoğlu, onu alqışlayan fransız millət vəkillərinə sərt reaksiya verərək “Nə qədər nəzakətli olduğunuzu görürük. Nə qədər sayqılı olduğunuzu görürük. Həqiqətləri eşitmək istəmirsiz. Ancaq buna alışacaqsız, başqa seçiminiz yoxdur” deyib.

Çavuşoğlunun sözlərindən sonra Fransanın iki qadın deputatı zalı tərk edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.