ƏRDOĞAN İSTANBULU İMAMOĞLUNA TƏSLİM ETMƏK İSTƏMİR:hakim partiya təkrar seçki üçün hazırlıqları tamamladı

14-04-2019, 16:45           
ƏRDOĞAN İSTANBULU İMAMOĞLUNA TƏSLİM ETMƏK İSTƏMİR:hakim partiya təkrar seçki üçün hazırlıqları tamamladı
Prezident Ərdoğanın lideri olduğu hakim AKP İstanbuldakı bələdiyyə seçkilərinin yenidən keçirilməsi üçün rəsmi hazırlıqlarını bitib.

Strateq.az xəbər verir ki, bu barədə AKP sədrinin müavini Əli İhsan Yavud “Twitter”dəki səhifəsində açıqlama verib.

O bildirib ki, hakim partiya fövqəladə etiraz haqqının təmin edilməsi istiqamətində bütün işləri tamamlamaq üzrədir: “”Fövqəladə etiraz haqqımızdan yararlanaraq, İstanbulda seçkilərin təkrarlanmasını istəyəcəyik” demişdik. Artıq hazırlıqlarımızı demək olar ki, tamamladıq. Çox qısa zamanda ərziə və ona əlavə olunmuş sübutları YSK-ya (MSK) təqdim edəcəyik”.

Xatırladaq ki, martın 31-də İstanbul Şəhər Bələdiyyəsinə keçirilən seçkidə CHP-li Əkrəm İmamoğlu AKP-li Binəli Yıldırıma qalib gəlib. İlkin rəsmi açıqlamaya görə, o, AKP-li rəqibindən 14 min səs civarında üstün olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru