Urmiya gölü xilas olur - Suyun səviyyəsi 62 sm qalxıb

15-04-2019, 12:41           
Urmiya gölü xilas olur - Suyun səviyyəsi 62 sm qalxıb
İranda son ayda yağan intensiv yağışlar ölkə miqyasında əksər su anbarları, bataqlıqları və gölləri ilə yanaşı Urmiya gölünə də müsbət təsirlərini göstərib. Gölün suyu ötən illə müqayisədə 62 sm qalxıb.

SalamNews TasnimNews-a istinadla xəbər verir ki, ölkənin aidiyyatı qurumları Urmiya gölünün son 6 ildə ən yaxşı vəziyyətddə olduğunu bildirirlər.

Məlumata görə, gölün suyu ötən illə müqayisədə 62 sm qalxıb və onun miqyası 580 kvadrat km genişlənib.

İki gün öncə İranın adiyyatı qurumları bildirib ki, ötən il bu vaxtı 1.5 milyard kub metr civarında su tutumu olan göl indi 3.3 milyard kub metrdən artıq suyu özündə ehtiva edir. İranlı mütəxəssislər bildirir ki, iyun ayınadək gölün su tutumu 5 milyard kub metri keçə bilər.

Qeyd edək ki, İrandakı son sel bu ölkədə ötən 48 ildə misilsiz hesab edilir. Ölkənin Qolestan, Lorestan və Xuzestan əyalətləri ən çox ziyan görən bölgələridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru