Amerikalı alimdən BƏYANAT - XIX əsrə qədər Ermənistan olmayıb!

15-04-2019, 15:20           
Amerikalı alimdən BƏYANAT - XIX əsrə qədər Ermənistan olmayıb!
İngilis əsilli amerikalı alim, tarix elmləri doktoru, professor, Beynəlxalq Münasibətlər Nəzəriyyəsi və Tarixi kafedrasının müdiri Con Habrs faktların, əlyazmaların, Qafqaz tarixinə dair xəritələrin uzun müddət araşdırılmasından sonra belə bir fikrə gəlib ki, bu ərazidə XIX əsrə qədər Ermənistan adlı dövlət olmayıb.

Axar.az xəbər verir ki, bu barədə tarixçinin rəsmi sosial şəbəkə hesabında məlumat yerləşdirilib.

Tarixçi yazır:

“XII əsrdən XIX əsrə qədər Ermənistanın hökmdarı və paytaxtı barədə mənə nəsə danışacaq şəxsə 1.000.000 (bir milyon dollar) ödəyəcəm”.

Sosial şəbəkə istifadəçilərinin yazdıqları şərhlərdən belə aydın olur ki, Con Habrs Ermənistanla bağlı tarixi faktları paylaşmasından sonra erməni hakerlər üçün hədəfə çevrilib. Erməni istifadəçilər tərəfindən çoxsaylı şikayətlərdən sonra Habrsın sosial şəbəkə hesabı ilə yanaşı “Vikipediya” səhifəsi də silinib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.