İlham Əliyevin də gedəcəyi toplantı öncəsi İŞİD əməliyyatı – 20 nəfər saxlanıldı

6-11-2015, 16:05           
İlham Əliyevin də gedəcəyi toplantı öncəsi İŞİD əməliyyatı – 20 nəfər saxlanıldı
Noyabrın 15-16-sı dünya liderlərini bir araya toplayacaq G-20 Zirvə toplantısından əvvəl təhlükəsizlik tədbirlərini gücləndirmək üçün Türkiyədə İŞİD əməliyyatı keçirilib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, terror qruplaşması ilə əlaqəsi olan, ikisi qadın olmaqla 20 nəfər saxlanılıb. Saxlanılanlar arasında iki rus vətəndaşı olub. Saxlanılan şəxslərin Antalyada İŞİD üçün fəaliyyət göstərdikləri, İraq və Suriyadakı döyüşçülərlə görüşdükləri məlum olub.
Qeyd edək ki, Antalyanın Bələk bölgəsində bu ay baş tutacaq Zirvə Toplantısında ABŞ, İngiltərə, Rusiya, Yaponiya, Kanada, Almaniya, Fransa, İtaliya, Avstraliya, Braziliya, Argentina, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Cənubi Koreya liderləri iştirak edəcək. Qeyd edək ki, Azərbaycan dövlət başçısı İlham Əliyev də tədbirə qonaq qismində dəvətlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru