Türkiyə ordusu PKK-nın alınmaz qalasını dağıtdı: 119 terrorçu məhv edildi

6-11-2015, 22:10           
Türkiyə ordusu PKK-nın alınmaz qalasını dağıtdı: 119 terrorçu məhv edildi
Türkiyə Silahlı Qüvvələri ölkənin Hakkari ilə Yüksəkova bölgələri arasında yerləşən Buzul Dağında antiterror əməliyyatı keçirib.

Bu ərazilər dəniz səviyyəsindən 2500-3500 metr yüksəlikdə yerləşir. Türkiə ordusunun antiterror əməliyyatı nəticəsində 119 terrorçu öldürülüb. Terrorçularla atışmada 6 əsgər şəhid olub.

2-3 gün davam edən əməliyyat nəticəsində Buzul Dağı bölgəsi terrorçulardan təmizlənib. Həmin ərazi terrorçu PKK-nın əsas bazalarından sayılırdı. Bu yerlərə “girilməz bölgə” adı da verilmişdi.

Terrorçuların istifadə etdiyi mağaralardan “Doçka” adlı 5 zenit qurğusu da daxil olmaqla 39 ağır silah və bu silahlara aid on minlərlə sursat aşkarlanaraq, götürülüb.

Xəbərdə bildirlib ki, bu yüksəkliyin terrorçulardan təmizlənməsi təhlükəsizlik baxımından bölgədəki polis məntəqələri üçün böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, 2500-3500 metr yüksəkildə 15 dərəcə şaxtalı hava şəraitində keçirilən əməliyyat sentyabrın 27-də başlayıb. Bu müddət ərzində terrorçuların sığınacaq yerləri, mağaraları, ərzaq anbarları məhv edilib (report.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.