Rusiyadan ABŞ-ı "dəliyə döndərəcək" Türkiyə AÇIQLAMASI - Yer yerindən oynayacaq

27-05-2019, 19:50           
Rusiyadan ABŞ-ı "dəliyə döndərəcək" Türkiyə AÇIQLAMASI - Yer yerindən oynayacaq
Rusiya S-500 hava hücumundan müdafiə komplekslərini Türkiyə ilə birgə istehsal edəcək.
Publika.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

Rusiya Araşdırmalar İnstitutunun informasiyasına görə, nazir S-400 zenit raket komplekslərinin iyun ayında Türkiyəyə təhvil veriləcəyini deyib.
“Türkiyə ilə S-500 zenit raket kompleksini də ortaq istehsal edəcəyik. Bircə ədəd S-500 batareyası belə Türkiyənin bütün hava məkanını xarici hücumlardan qorumağa kifayət edər. Türkiyə özünün elan etdiyi iqtisadi bölgələrini Şərqi Aralıq dənizindən gələ biləcək Amerika təhdidlərinə qarşı müdafiə etmək iqtidarındadır. Çünki Türkiyənin əlində milli istehsalı olan “Hisar” hava hücumundan müdafiə batareyaları var. Amerika gecikdiyini yeni-yeni bilir. Lakin nə edirsə-etsin, Türkiyə öz torpaqlarına raket qalxanı yerləşdirəcək. Amerikanın həmlələri Türkiyənin dostu olan ölkənin hərəkətləri deyil. Bunu dünya öyrəndi. Türkiyə də artıq ABŞ-ın əmr verdiyi ölkə deyil. Tam müstəqil, yeni bir gücdür. Vaşinqton da bunu qəbul edəcək ”, - Şoyqu qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.