“Yunanıstan S-400 kompleksini alanda susanlar...” - VİTSE-PREZİDENT

29-05-2019, 19:14           
“Yunanıstan S-400 kompleksini alanda susanlar...” - VİTSE-PREZİDENT
Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib: “İstər ölkə daxilində olsun, istərsə də ölkə xaricində, Türkiyəyə hər hansı bir təhdid baş verərsə, sərhəd tanımarıq. Təhdidin məcrası haradadırsa, oraya gedər, vurar, alıb gətirərik”.

Vitse-prezident Ali Seçki Şurasının İstanbul bələdiyyə seçkilərini yenidən keçirməsi ilə bağlı qərarın dünyanın bir çox ölkələri tərəfindən etirazla qarşılanmasını xatırladaraq, sadəcə bələdiyyə seçkilərinə deyil, müdafiə sahəsinə də xaricilərin qarışdıqlarını söyləyib: “Öz ölkəmizi nə ilə müdafiə edəcəyimizə, hansı silahları, hansı məhsulları alacağımıza qərar vermək üçün neçə vaxtdır ki, başqa bir ölkənin razılanmasına ehtiyac olduğu bildirilir. Bəlkə, başqa bir qayda-qanun var bizim xəbərimiz yoxdur? Yunanıstan, Cənubi Kipr alarkən, heç kimin məhəl qoymadığı S-400 məsələsi Türkiyəyə gəlincə, birdən-birə gecəmizi-gündüzümüzü məşğul edən bir məsələyə döndü”.

Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru