S-400 gərginliyi davam edir: ABŞ sanksiya deyir, Ərdoğan isə…

30-05-2019, 00:37           
S-400 gərginliyi davam edir: ABŞ sanksiya deyir, Ərdoğan isə…
Türkiyə S-400 zenit-raket kompleksini satın alma prosesini tamamlasa, ABŞ-ın sanksiyaları (CAATSA) altına düşə bilər. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin nümayəndəsi Morqan Ortaqus deyib.
“Biz Türkiyə ilə qarşılıqlı fəaliyyətdə olmaq istəyirik. Lakin bizim mövqeyimiz dəyişməz olaraq qalır: Türkiyə S-400-lə bağlı prosesi tamamlarsa, real və ciddi şəkildə mənfi nəticələrlə üzləşəcək. Buraya F-35 proqramının dayandırıılması, həmçinin sanksiyaların tətbiqi də daxildir”, – deyə ABŞ rəsmisi bildirib. Qeyd edək ki, CAATSA qanunu 2017-ci ildə qəbul edilib. Rusiya, İran, Şimali Koreya və bu ölkələrlə hərbi-texniki əməkdaşlıq edən IV tərəfə qarşı sanksiya tətbiqini nəzərdə tutur.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəxrəddin Altunun sözlərinə görə, görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib. Məlumata görə, Türkiyə prezidenti Rusiyadan alınacaq S-400 zenit-raket sistemləri ilə bağlı ortaq işçi qrupunun yaradılması təklifini təkrar irəli sürüb. Liderlər Yaponiyada keçiriləcək G20 (“Böyük yeddilik”) sammitində görüşmək barədə razılaşıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru