Türkiyədə terror planlaşdıran İŞİD silahlıları tutuldu - ARALARINDA QADIN DA VAR

30-05-2019, 18:14           
Türkiyədə terror planlaşdıran İŞİD silahlıları tutuldu - ARALARINDA QADIN DA VAR
Türkiyənin cənubunda, Adana əyalətində İŞİD terror qruplaşmasının 14 silahlısı saxlanılıb.
Tutulanlar arasında qadın da var. Silahlıların hamısının Türkiyə vətəndaşları olduğu bildirilir.
Terrorçuların saxlanılması ilə bağlı əməliyyat əvvəlcədən plana uyğun şəkildə aparılıb.
Saxlanılanların Adananın müxtəlif hissələrində terror aktları planlaşdırdıqları məlum olub.
Trend xatırladır ki, daha əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu son zamanlar Türkiyə ərazisində İŞİD-in fəallığının müşahidə olunduğunu demişdi./muxalifet.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru