“Davudoğlu, sən bizə nə edə bilərsən?..“ - Dövlət Bağçalıdan sərt sözlər

4-06-2019, 15:23           
“Davudoğlu, sən bizə nə edə bilərsən?..“ - Dövlət Bağçalıdan sərt sözlər
Türkiyənin yeni partiyaya ehtiyacı yoxdur.

Teleqraf.com xəbər verir ki, bu sözləri MHP sədri Dövlət Bağçalı sabiq Baş nazir Əhməd Davudoğlunun partiya quracağı ilə bağlı yayılmış xəbərlərə münasibət bildirərkən deyib.

Bu gün bayram namazından sonrakı açıqlma verən MHP sədrinin sözlərinə görə, Türkiyədə siyasi həyat normal məcrada davam edir: "Oturuşmuş, hərtərəfli təcrübələri ilə qəbul edilən siyasi partiyalar demokratiyanın axan sularıdır və onu çaya çevirməyin mənası yoxdur.

Əhməd Davudoğlu nə edəcək? Ölkədə 103 partiya var, 104-cü olmaq istəyirsə, buyursun..."

Qeyd edək ki, hazırda MHP hakim partiya olan AKP ilə yaxın əməkdaşlıq edir.

Vaxtilə AKP hakimiyyətində təmsil olunmuş və Baş nazir kimi mühüm postu tutmuş Əhməd Davudoğlunun yeni partiya qurmaq istəyi hakim siyasi qüvvə tərəfindən narahatlıqla qarşılanır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.