İranda azərbaycanlılarla bağlı sərsəm QANUN LAYİHƏSİ – “Uşaqları ailələrindən alın”

4-06-2019, 19:21           
İranda azərbaycanlılarla bağlı sərsəm QANUN LAYİHƏSİ – “Uşaqları ailələrindən alın”
İranda fars dilini bilməyən uşaqları ailələrindən almaq lazımdır.

Bu sözləri Məşhəd Universitetinin müəllimi Seyid Məhəmmədbaqir Təbatəbayi bildirib.

O, İran Təhsil Nazirliyinin məktəbə hazırlaşan uşaqlar üçün nəzərdə tutulan “farsca yetərlilik testi” planına dəstək vermək məqsədilə belə bir təkliflə çıxış edib.

“İranda yaşayan valideynlər uşaqlarına məktəbdən əvvəl fars dilini öyrətmirsə və ya öyrənməsinə icazə vermirsə, deməli, onların uşaq saxlamaq və tərbiyə etmək qabiliyyəti yoxdur. İranın övladları onlardan alınmalıdır”, – Təbatəbayi Tvitter hesabında bildirib.

Qeyd edək ki, İran Təhsil nazirinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadə mayın 29-da “farsca yetərlilik testi”nin məktəbə daxil olmaq istəyən uşaqların sağlıq testi layihəsinə əlavə edilə biləcəyi barədə açıqlama verib. İrqçi plan tətbiq olunacağı təqdirdə fars dilini bilməyən uşaqların sağlıq durumu təsdiq olunmayacaq. İrqçi açıqlamaya qarşı Güney Azərbaycan əhalisi ilə yanaşı, bir neçə millət vəkili də öz etirazını bildirib. (axar.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.