20 əsrdə ən böyük türk qətliamını fars rejimi ört basdır edir...
4-06-2019, 20:24
Çoxları elə bilir ki,bu gün Azərbaycan türklərinin ən böyük söyqırımı günüdür..Lakin böyük hissəmiz tarixdə İran adlanan mənfur dövlətin ərazisində güney Azərbaycanda Cilovluq faciəsindən xəbərsizik.Bu bəşər tarixində insanlığ adına yazılmış ən böyük cinayətlərdən biridir.Ən acınacaqlısı odur ki İran dövləti 250-300 min müsəlmanın,Azərbaycan türkünün amansızcasına qətlə yetrildiyi bu faciyəni nə qeyd edir,nə dəki,bir abidə ucaldıb.1918-ci ilin fevralından başlayaraq erməni,assur və kürd birləşmələr İngilis ,rus və fransız zabitlərin köməkliyi ilə 30 minlik ordu yaradaraq türklərin kompakt yaşadığı Urmu ,Salmas və Xoy şəhərlərində müki
və əli silahsiz əhalinin kütləvi qətliamın həyata keçirdilər.
Təəssüf ki ,bu qətliamda ,bu dəhşətli cinayətə müsəlman kürdlər də qoşulmuşdu.Müsəlman qardaşlığına inana sadəlöhv türklər tarixdə farsların,kürdlərin,ərəblərin belə şərəfsizliyini unutmamalıdır ki tarxdə övladların belə qətliam gözləməsin.
Qətliama kömək edənrus ingilis və fransızların məqsədi bölgədə xristian dövləti yaratmaq idi.
Erməni ,kürd və assuri dəstələri fevral-mart ayları boyunca Urmu, Xoy və Salmasın ayrı-ayrı kəndlərində türk əhalisinə divan tutmuş, qarət etmiş, dinc əhalini qətlə yetirmişdilər. Dinc türk əhali yaşayan kəndlərə basqınlar edilir, qadın və uşaqlar, qocalar güllənir, qılıncdan keçirilir, uşağa qadına qocaya aman verilmirdi. Cilovluq faciəsinin zirvə nöqtəsi isə 1918-ci ilin martında Novruz bayramının axırıncı çərşənbəsində baş vermişdi. Novruz bayramının sonuncu çərşənbəsi birləşmiş koalisiya Urmu şəhərinin türk əhalisinə 24 saat ərzində əldə olan silahları təhvil verməyi tələbini qoydu. Bu tələb yerinə yetirilməyincə gözünü qan örtmüş erməni-kürd-assuri hərbi birləşmələri şəhərə hücum edərək ev-ev gəzib silah axtarmağa başladılar. Əslində Urmu əhalisində o qədər də silah yox idi. Bu tələb əhalini soyqırıma məruz qoymaq üçün bəhanə idi. Birləşmiş koalisiya bu qırğınla türk əhalisin gözünə qorxutmaq, onları yurdlarından digərgin salıb bu ərazilərə sahiblənmək istəyirdi. Vəhşi koalisiyanın silahlı dəstələri evlərə doluşaraq əhalini qarət edir, qadınların zinət əşyalarını oğurlayır, insanların namusuna toxunur, min bir alçaqlıqlara əl atırdılar. Müqavimət göstərənlər kütləvi şəkildə güllələnir, kişilər əsir aparılırdı. Güneydə indi də qara çərşənbə kimi xatırlanan həmin müdhiş gündə Urmu əhalisi şəhərdə yerləşən karvansaraya dolduruldu və diri-diri yandırıldı. Cilovluq faciəsindən sonra qırğınlar bütün Urmu vilayətinin kəndlərini əhatə etdi. Birləşmiş koalisiyanın işini Naxçıvandan keçməklə Türkiyədən gələn erməni paşası Andronik asanlaşdırırdı. Yolu üstündəki türk kəndlərinin amansızlıqla talayan, əhalini qıran Andronik Urmuda birləşmiş koalisiya ilə birləşmək istəyirdi. Lakin bu zaman erməni-assur-kürd koalisiyası dağıldı. Smitko niyyətin xristian dövləti qurmaq olduğunu, müsəlman kürdlərin oyundan kənar qoyulduğunu görüb hiyləyə əl atdı. Koalisiyadan çıxan Smitko aldadılmağının acığını asuriləri başçısından çıxdı. Assurilərin başçısı Marşimonu Salmasa çağıran Smitko onu orada qətlə yetirdi, onunla gələn adamlarını isə qılıncdan keçirdi.
Quzey Azərbaycandakı erməni vəhşiliyinin qarşısın qardaş Osmanlı türkləri aldığı kimi, bu dəfə də köməyə gələn Osmanlı ordusu aprel ayında faciyəyə göz yuman fars müsəlman"qardaşlarından" fərqli olaraq öz qan qardaşlarının köməyinə gəldilər.Urmu gölü vastəsiylə təbrizə girmək istəyən erməni birləşmələrinin gəmisi Osmanlı ordusu tərəfinən göldə batırıldı.Xilaskar türk ordusu erməni-kürd-assur birləşmələrini darmadağn etdi.
Bu günki İran rejimi bu faciəni gizləməkdə,qeyd etməməkdə bir daha sübut edir ki,islam adı altında maskalanaraq öz mollaları vastəsiylə xalqın fars əsarətində qalmasına şərait yaradır.1400 il əvvəl 72 nəfər ərəbin faciəsinə görə özünü baltalayan xalqım 100 il əvvəl diri diri odda yandırılmış vəhşicəsinə öldürülmüş 300 000 öz əcdadlarını qiri sözlə yad edə bilməyən millət belə facilərlə çox üzləşə bilər!
Джавид Дамирли
Teref.az