ABŞ süqut edir: pul sistemi dəyişir, nüvə sazişi dağılır - Sensasion gəlişmə
6-06-2019, 10:26
“ABŞ sürətlə dünyadakı hegemonluğunu itirir. Buna görə də itirdiyi mövqeyə qayıtmaq üçün dünyanı gərginlikdə saxlamaq strategiyasını davam etdirir, milyardlarla dollar həcmində silah satır”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Hürriyyət” yazarı Mehmet Soysal deyib.
O, fikirlərində professor Həsən Koniyə istinad edib.
ABŞ-ın idxalata vergi tətbiq edərək rəqiblərini zəiflətməyə çalışdığına diqqət çəkən yazar qeyd edib ki, bu strategiyası sadəcə olaraq Amerikanın süqutunu ləngidir:
“Professor Köniyə görə, ABŞ-ın süqutu Roma imperiyasının dağılmasına oxşayır. ABŞ özündən başqa bütün ölkələrə yuxarıdan aşağı baxır, onları ciddiyə almır. Buna görə də, Kuba, Nikaraqua və Venesuela təhlükədədir, Misirdə də inqilab yenidən təkrarlana bilər.
Digər yandan isə dünya dövlətləri tədricən dollar sistemindən çıxır. Məsələn, Türkiyə İrandan nefti lirə ilə alır, Hindistan Rusiya ilə rupi ilə alış-veriş edir. Avropa İttifaqı ABŞ-ın İrana qarşı sanksiyalarına qarşı çıxmağa çalışır.
Professor Hasan Köni qeyd edir ki, dünyanın pul sistemi dəyişəcək, dövlətlər nüvə anlaşmasından çıxacaqlar. Bunlar isə yeni müharibələrə səbəb olan olaylardır”.